Kiyevdə insult keçirən Milli Qəhrəmanımız Vətənə döndü

 Kiyevdə insult keçirən Milli Qəhrəmanımız Vətənə döndü
  31 May 2019    Oxunub:1627
Ukraynanın paytaxtı Kiyev şəhərində insult keçirən Azərbaycanın Milli Qəhrəmanı Zabit Quliyev Vətənə dönüb.

Azvision.az xəbər verir ki, Milli Qəhrəmanı Borispol Beynəlxalq Hava Limanında Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və səfirliyin əməkdaşları yola salıblar.
Milli Qəhrəmanın müalicəsi Bakıda davam etdiriləcək. Artıq xəstə kritik vəziyyətdən çıxıb. Son günlər ayaqlarını sərbəst hərəkət etdirir.

Qeyd edək ki, tədbirlərdə iştirak etmək üçün Kiyevə gedən Z.Quliyevin səhhəti mayın 9-da qəflətən pisləşib. O, dərhal xəstəxanaya yerləşdirilib. Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa tapşırığı əsasında Milli Qəhrəmanın müalicəsi ciddi nəzarətə götürülüb.

Azvision.az



Teqlər: Ukrayna   Milli-Qəhrəman   Səfir  





Xəbər lenti