“Xaricdə final oyunları zamanı toqquşmalar baş verir” - Spiker

“Xaricdə final oyunları zamanı toqquşmalar baş verir” -  Spiker
  30 May 2019    Oxunub:2141
“Bakıda UEFA Avropa Liqasının final oyunu zamanı hüquq-mühafizə orqanları yüksək peşəkarlıq nümayiş etdirdilər. Xaricdə belə oyunlar zamanı toqquşmalar baş verir. Şükürlər olsun, bu oyun Azərbaycanda yüksək səviyyədə keçirildi”.
Azvision.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin sədri Oqtay Əsədov deyib.

Spiker finalın əhəmiyyətindən danışaraq qeyd edib ki, belə tədbirlər zamanı hüquq-mühafizə orqanları yüksək peşəkarlıq nümayiş etdirirlər: “Mən onlara təşəkkür edirəm”.

Deputat Çingiz Qənizadə də başda polis olmaqla Avroliqanın finalında təhlükəsizlik tədbirlərini həyata keçirənlərə minnətdarlığını bildirib.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Spiker   Oqtay-Əsədov  





Xəbər lenti