“Azərbaycan Avropanın tapmadığı sualların cavabını tapıb” - Səməd Seyidov

 “Azərbaycan Avropanın tapmadığı sualların cavabını tapıb” -  Səməd Seyidov
  29 May 2019    Oxunub:1459
"Bu gün dünyada real və beynəlxalq KİV-lərin təqdim etdiyi Azərbaycan var. Real Azərbaycan sabit, inkişaf edən, beynəlxalq tədbirlərin keçirildiyi Azərbaycandır. Həmin KİV-lərin təqdim etdiyi Azərbaycanda isə guya bunların əksi var, insanların hüquqları pozulur"
Azvision.az xəbər verir ki, bunu Milli Məclisdə keçirlən “Azərbaycan Avropa məkanında” adlı konfransda parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.

Komitə sədri vurğulayıb ki, Strasburqun mərkəzində sinaqoq var, ancaq həmin sinaqoq təhlükə səbəbindən açılmır: "Bu gün Azərbaycanda, Bakıda sinaqoq açıqdır, Avropadan fərqli olaraq, heç kim düşünmür ki, oturub orada bir yerdə çay içmək təhlükəlidir. Bakının mərkəzində erməni kilsəsi də var. Lakin Azərbaycanın işğal olunmuş ərazilərində bir məscid də qalmayıb”.

S.Seyidov Azərbaycan parlamentində rus və yəhudi azlıqların nümayəndələrinin təmsil olunduğunu xatırladıb: “Azərbaycan islam və demokratiyanın bir arada olması barədə Avropanın tapmadığı sualların cavabını tapıb".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Səməd-Seyidov   MM  





Xəbər lenti