“Ermənistanda nasist siyasət yürüdülür” - PA rəsmisi

 “Ermənistanda nasist siyasət yürüdülür” -    PA rəsmisi
  29 May 2019    Oxunub:2133
"Qafqazda bir neçə xalq yaşayır. Amma Ermənistanda yalnız bir xalq var. Heç bir azərbaycanlı Ermənistanda yaşamır"

Azvision.az xəbər verir ki, bunu Bakıda keçirilən “Azərbaycan Avropa məkanında” adlı konfransda Azərbaycan Prezident Administrasiyasının Xarici KİV və QHT-lərlə iş sektorunun müdiri Fuad Axundov deyib.
PA rəsmisi diqqətə çatdırıb ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir: "Ermənistan monietnik ölkədir. Azərbaycan, Gürcüstan isə poloetnik ölkədir, burada müxtəlif dinlərə, dillərə mənsub xalqlar yaşayır. Ermənilər Dağlıq Qarabağı işğal ediblər, etnik təmizləmə aparıblar, oradan azərbaycanlılar çıxarılıb. Bu, nasist siyasətidir. Mayın 9-da bir sıra ölkələr qələbə gününü qeyd edir. Amma Ermənistanda nasist siyasət yürüdülür”.

F.Axundov qeyd edib ki, Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri çatdırır.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: MM   Konfrans  





Xəbər lenti