Gədəbəydə elektrik enerjisinin verilişi bərpa edilib

Gədəbəydə elektrik enerjisinin verilişi bərpa edilib
  29 May 2019    Oxunub:1739
Gədəbəy rayonunda elektrik enerjisinin verilişi bərpa edilib.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Azvision.az a bildirib ki, mayın 28-də Gədəbəy rayonunda güclü leysan rayonun elektrik enerjisi infrastrukturuna ciddi ziyan vurub.

Onun sözlərinə görə, təbiət hadisəsi qurumun əməkdaşlarının fəaliyyətinə maneə yaratsa da, hazırda regionda elektrik enerjisinin verilişi bərpa olunub: “Güclü yağış-leysanla əlaqədar 35 kilovoltluq Slavyanka yarımstansiyasından 10 kilovoltluq Slavyanka hava xətti açılıb. Bundan əlavə xəttin dayağı əyilib. Hazırda əməkdaşlarımız baş verən qəzanın nəticələrini aradan qaldırıb. Mövcud əlverişsiz hava şəraiti təmir-bərpa işlərinə mane olsa da, hazırda elektrik verilişi tam bərpa olunub”.

T.Mustafayev qeyd edib ki, bu gün Gəncədə də yağışlı hava şəraiti hökm sürüb, dolu yağıb. “Azərişıq” ASC qabaqlayıcı tədbirlər görüb.

Azvision.az



Teqlər: Azərişıq  





Xəbər lenti