Finala baxanlar üçün ekspress avtobuslar ayrıldı

Finala baxanlar üçün ekspress avtobuslar ayrıldı
  28 May 2019    Oxunub:2669
Sabah Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının finalına bilet alan tamaşaçıların daşınması X1 və X2 ekspres marşrut xətt avtobusları vasitəsi ilə həyata keçiriləcək.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a verilən məlumata görə, final oyununa bilet alan şəxslər Bakı Olimpiya Stadionuna metronun “28 May” stansiyası yaxınlığından X2 (Səməd Vurğun bağı) ekspres xətt avtobuslarından istifadə etməklə gedə biləcəklər.

Daşımalara axşam saat 19:00-da başlanılacaq və proses saat 23:00-dək davam edəcək.

Azvision.az



Teqlər: BNA   Avtpbus  





Xəbər lenti