“Vaşinqton Çinlə razılığa gəlməyə hazır deyil” - Tramp

 “Vaşinqton Çinlə razılığa gəlməyə hazır deyil” -    Tramp
  27 May 2019    Oxunub:2288
“Düşünürəm ki, onlar (Çinlilər) yenidən nəzərdən keçirmək qərarı verdikləri müqavilənin şərtləri üzrə saziş imzalamaq istəyərdilər. Ancaq biz buna getməyə hazır deyilik”.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Amerika prezidenti Donald Tramp deyib.

Tramp ABŞ-ın Çin idxalına qoyduğu rüsumları çox əhəmiyyətli dərəcədə və asanlıqla artıra biləcəyini əlavə edib. O, gələcəkdə Vaşinqton və Pekinin razılığa gələ biləcəyinə inanır.

"Düşünürəm ki, gələcəkdə Çin və ABŞ çox yaxşı ticarət müqaviləsi bağlayacaq. Biz bunu səbirsizliklə gözləyirik”.

Qeyd edək ki, ABŞ və Çin arasında ticarət qarşıdurmasının növbəti mərhəsi 2019-cu ilin may ayında baş verib. Vaşinqton Pekin ilə uğursuz danışıqlardan sonra Çin idxalına qoyulan rüsumun artırıldığını bildirib.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: ABŞ   Çin  





Xəbər lenti