Zelenski özünə yeni ofis axtarır

 Zelenski özünə yeni ofis axtarır
  27 May 2019    Oxunub:1897
Ukrayna prezidenti Vladimir Zelenski özünə yeni ofis axtarır.

Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının rəhbər müavini Yuriy Kostyuk bildirib. Onun sözlərinə görə, Zelenskinin komandası Kiyevin mərkəzində yerləşən Bankovskaya küçəsindən köçmək niyyətindədir.
Hazırda dövlət başçısı üçün yeni ofis axtarışına başlanılıb: “Biz köçmək istəyirik. Bunu ona görə edirik ki, tez başa gələn və az büdcəli varinat tapaq".

Y.Kostyuk qeyd edib ki, dövlət başçısının yerləşdiyi hazırki binada işləmək çox çətindir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Zelenski   Ukrayna  





Xəbər lenti