DİN-in Mətbuat Xidmətindən
Azvision.az -a verilən məlumata görə, əldə edilmiş məlumat əsasında keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılan Kürdəmir rayon sakini, əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş N.Süleymanovdan 50 qramdan artıq narkotik vasitə olan heroin aşkar edilib.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun kirayədə yaşadığı mənzildən isə əlavə olaraq 850 qram heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.
Azvision.az