Bağırsağında heroin daşıyan şəxs tutulub

Bağırsağında heroin daşıyan şəxs tutulub
  27 May 2019    Oxunub:2324
İrandan Azərbaycana narkotik vasitə və psixotrop maddə keçirmək istəyən şəxs saxlanılıb.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, piyada yolla İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşı Astara gömrük postunda saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Şəxsi yoxlama zamanı vətəndaşın üzərində qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasada, daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb.

Astara Rayon Mərkəzi Xəstəxanasına aparılan tibbi müayinə nəticəsində vətəndaşın düz bağırsağından, şəffaf sellofana bükülü 4 ədəd bağlamada 112 qram təşkil edən açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, çəkisi 11 qram təşkil edən psixotrop maddə - metamfetamin və 28 ədəd açıq qəhvəyi rəngli, üzərində "F/M40" nişanəsi olan "metadon" adlı dərman preparatı aşkarlanıb.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin" I Siyahısına, metadon isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin" II Siyahısına daxildir.

Azvision.az



Teqlər: DGK   Gömrük   Narkotik  





Xəbər lenti