DOST xidmətlərindən 3 mindən çox vətəndaş faydalanıb

DOST xidmətlərindən 3 mindən çox vətəndaş faydalanıb
  27 May 2019    Oxunub:1443
İlk DOST mərkəzinə elə ilk gündən vətəndaşlar tərəfindən böyük maraq müşahidə edilir. Fəaliyyətə başladığı gündən artıq 3 mindən çox vətəndaş müraciət edərək DOST mərkəzinin xidmətlərindən faydalanıb.
Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, vətəndaşların əksəriyyətini əlilliyi olan şəxslər, pensiyaçılar, müavinət və ya təqaüd alanlar, işsiz və iş axtaran vətəndaşlar, muzdla çalışanlar təşkil edib.

Onların müraciətləri pensiya və sosial sığorta, sosial müavinət və təqaüdlər, məşğulluq xidmətləri, əlillik, tibbi ekspertiza və reabilitasiya vasitələri ilə təminat, sosial xidmətlər və s. ilə bağlı olub.

Mərkəz Bakının Yasamal və Səbail rayonlarının əhalisi üçün nəzərdə tutulub. Burada əmək, məşğulluq, əlillik, sosial təminat sahələri üzrə "bir pəncərə"dən, şəffaf və operativ şəkildə, vahid standartlar əsasında 126 növdə xidmətgöstərilir. Hər gün mərkəzə 350-400 arası vətəndaş müraciət edir.Xidmətlərdə əsas məqsəd vətəndaşların məmnunluğuna nail olunmasıdır.

Qeyd edək ki, 2019-25-ci illərdə Bakıda və ölkəmizin regionlarında 31 DOST mərkəzi istifadəyə veriləcək. Bütün DOST mərkəzləri yaradılıdıqdan sonra vətəndaşların qeydiyyatından asılı olmayaraq, müraciət edən hər kəsə xidmətlər göstəriləcək.

Azvision.az


Teqlər: ƏƏSMN   DOSTMərkəzi   Əlil  





Xəbər lenti