Gürcüstanın Baş nazirindən “Keşikçidağ” açıqlaması

  Gürcüstanın Baş nazirindən “Keşikçidağ” açıqlaması
  26 May 2019    Oxunub:2122
Azərbaycanla Gürcüstan arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyanın növbəti iclası iyunun ikinci yarısında keçiriləcək.
Azvision.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri Mamuka Baxtadze ONA-ya müsahibəsində bildirib.

Baş nazir bu gün Gürcüstan vətəndaşlarının "Keşikçidağ"dakı məbədə rahat şəkildə getdiklərini deyib:

"Gürcüstan mediasından xahiş edirəm ki, bu məsələyə diqqətlə yanaşsınlar. Bu, çox emosional bir məsələdir. Komissiya öz işini davam etdirir. Bu məsələ iki qardaş və dost ölkə arasında öz həllini tapacaq".

Azvision.az



Teqlər: Gürcüstan   Keşikçidağ  





Xəbər lenti