ABŞ-da yaşayan azərbaycanlı həkimlər bir araya gəlir

 ABŞ-da yaşayan azərbaycanlı həkimlər bir araya gəlir
  25 May 2019    Oxunub:6478
Bu gün ABŞ-ın Vaşinqton şəhərində həmyerlimiz, həkim-cərrah Rauf Şahbazovun rəhbərlik etdiyi "Azerbaijani American Medical Association" təşkilatının konfransı keçiriləcək.
Azvision.az xəbər verir ki, konfransda ABŞ-da çalışan azərbaycanlı həkimlərlə yanaşı, Avropadan, eləcə də ölkəmizdən dəvət olunan həkim soydaşlarımız da iştirak edəcəklər.

Tədbirdə ABŞ-da yaşayan həkimlərimizin bir-biri ilə tanışlığı, o cümlədən gündəlikdə öz əksini tapmış məsələlər müzakirə olunacaq.

Konfransın keçirilməsində əsas məqsəd Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməyin yollarını araşdırmaqdan ibarətdir.

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Azvision.az



Teqlər:





Xəbər lenti