“Həmin binalarda məskunlaşmağa məcburdurlar” - Əli Əhmədov

  25 May 2019    Oxunub : 1073
“Həmin binalarda məskunlaşmağa məcburdurlar” - Əli Əhmədov
"Məcburi köçkünlər yeni və müasir qəsəbələrə köçürülənə qədər onların yaşadığı ictimai binalarda təhlükəsizliyin təmin edilməsi aktuallıq kəsb edir"

Azvision.az xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – icra katibi Əli Əhmədov deyib.
O, bildirib ki, məcburi köçkünlərin yaşadığı ictimai binalarda bir neçə dəfə xoşagəlməz hadisələr baş verib: “Məcburi köçkünlərin yaşadığı ictimai binalarda bir neçə dəfə yanğın olub və bizim keçirdiyimiz baxışlar nəticəsində gəldiyimiz qənaət ondan ibarətdir ki, onlar hələki həmin binalarda məskunlaşmağa məcburdurlar. Təbii ki, onlar hökumətimizin həyata keçirdiyi siyasət nəticəsində tikilən yeni qəsəbələrə köçürülürlər. Amma bu xeyli vaxt aparır. Təbiidir ki, onların yaşadığı ictimai binalarda təhlükəsizliyin təmin edilməsi aktuallıq kəsb edir.

Bununla bağlı yaradılmış komissiya böyük sayda yoxlamalar aparır, təhlükəli vəziyyət olan yerlər haqqında artıq bizdə səhih məlumatlar var. Azərbaycan hökuməti yaranmış vəziyyətin həm təhlili və aradan qaldırılması üçün lazımi addımlar atacaq. İmkan daxilində məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılması üçün işlər görülür. Güman edirəm ki, gələcəkdə bizi narahat edən yanğın hadisələri baş verməyəcək".

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: YAP   ƏliƏhmədov   Yanğın