“Mövcud streotipləri artıq sındırmaq lazımdır” - Hicran Hüseynova

   “Mövcud streotipləri artıq sındırmaq lazımdır” -    Hicran Hüseynova
  25 May 2019    Oxunub:1832
Çində və digər ölkələrdə qız uşaqlarının doğumunun azalmasının gələcəkdə çox ciddi fəsadlara yol açacağı müşahidə olunmaqdadır. Digər tərəfdən bu insan hüquqları baxımından da ciddi problemdir.
Azvision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. O bildirib ki, Azərbaycanda hələlik kiçik olan bu problem gələcəkdə daha ciddi məsələlərə yol aça bilər.

"Qadınsız cəmiyyət ola bilməz. Əsasən biz cəmiyyətdə uğur qazanmış, özünü sübut etmiş qadınları, qızları nümunə olaraq gətiririk. Onların təcrübəsindən yola çıxaraq insanlara məlumat veririk. Onların diqqətinə çatdırırıq ki, gələcəkdə sizin də ailənizdəki qızlar, xanımlar uğur qazana bilər. Bəzən ailələr qız uşağı dünyaya gələn zaman onun sabah hər hansı problem ilə qarşılaşmasından qorxurlar. Bu, yanlış düşüncədir. Oğlan uşaqlarına sahib olan ailələr daha çox problemlərlə qarşılaşır, nəinki qız uşaqlarına sahib ailələr".

Komitə sədri qeyd edib ki, qızlar öz taleyini heç kimə qurban verməməlidir.

"Müəllim kimi həmişə auditoriyalarda diqqət etmişəm. Ən yaxşı oxuyanlar qızlar olur. Sadəcə onlara təhsil almağa imkan yaratmaq lazımdır. Qızlar oxumalıdır, sabah dünyaya uşaq da gətirməlidir, amma bütün bunları öz istəyi ilə etməlidir. Qızlar öz taleyini, gələcəyini heç kimə qurban verməməlidir. Mütəxəssis olmaq istəyirsə, öz seçdiyi sahənin peşəkarı olmaq istəyirsə, onlar üçün mümkün olan bütün şərait yaradılmalıdır. Mövcud streotipləri artıq sındırmaq lazımdır. Qızların özünə inamını gücləndirmək vacibdir. Onlara həvəsləndirici, motivasiya verəcək dəstək mütləqdir".

Aytən Zəhra
Azvision.az



Teqlər: Komitə   Qız   Ailə   Hicran-Hüseynova  





Xəbər lenti