Miqrasiya könüllülərinin Qrup Liderləri elan edildi - FOTOLAR

Miqrasiya könüllülərinin Qrup Liderləri elan edildi -    FOTOLAR
  24 May 2019    Oxunub:2927
Dövlət Miqrasiya Xidmətinin akt salonunda Miqrasiya Könüllüsü-Sən Fərqlisən layihəsi çərçivəsində könüllülərlə növbəti görüş keçirilib.
DMX-dan Azvision.az -a verilən məlumata görə, tədbirdə Qrup liderliyinə namizədlər üçün aprel ayı ərzində təşkil edilən müsahibənin nəticələri elan olunub. Uğur qazanmış 8 iştirakçı Miqrasiya könüllülərinin Qrup lideri, 19 nəfər isə qruplar üzrə əməkdaş təyin ediliblər.



Daha sonra təqdimatlar keçirilib. Təqdimatda hər qrup rəhbəri təmsil etdyi qrupun fəaliyyət planı və gələcəkdə nəzərdə tutulmuş layihələr haqqında geniş məlumat verib. Tədbirdə hər bir qrup üzrə perspektivlər, qarşıda duran vəzifələr, yaxın gələcəkdə həyata keçiriləcək layihələr diqqətə çatdırılıb, görüləcək işlər barədə müzakirələr aparılıb. Sonda xatirə şəkili çəkilib.









Azvision.az


Teqlər: DMX  





Xəbər lenti