Uruqvayda 28 May günü ilə bağlı qəbul keçirilib

Uruqvayda 28 May günü ilə bağlı qəbul keçirilib
  24 May 2019    Oxunub:1531
Uruqvayda 28 May - Respublika Günü və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə təntənəli qəbul keçirilib.
Xarici İşlər Nazirliyindən (XİN) Azvision.az -a verilən məlumata görə, Azərbaycanın Uruqvaydakı diplomatik missiyası tərəfindən 28 May - Respublika Günü və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə keçirilmiş tədbirdə Uruqvayın Xarici İşlər naziri cənab Rodolfo Nin Novoa, hökumətin yüksək səviyyəli nümayəndələri, senator və deputatlar, eləcə də diplomatik korpusun, akademik və biznes dairələrinin çoxsaylı təmsilçiləri iştirak ediblər.



Tədbirdə çıxış edən Azərbaycanın Uruqvaydakı səfiri Rəşad Aslanov Azərbaycanda müsəlman dünyasında ilk demokratik respublikanın qurulmasının tarixi əhəmiyyətindən və qısa müddət ərzində əldə etdiyi nailiyyətlərdən bəhs edib. Eyni zamanda, səfir R.Aslanov ölkəmizin müasir müstəqillik dövründə keçdiyi inkişaf yolu barədə məlumat verib. Xüsusilə, son illərdə Azərbaycanın əldə etdiyi nailiyyətləri, həyata keçirdiyi regional və beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat layihələrini qeyd edib. Habelə, səfir Rəşad Aslanov Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu və işğal altındakı ərazilərdə azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasətindən danışıb.



Azərbaycan-Uruqvay əlaqələrinin son illərdə yüksək dinamika ilə inkişaf etdiyini qeyd edən səfir, cari il ərzində hər iki ölkənin xarici işlər nazirlərinin baş tutan qarşılıqlı səfərlərinin əməkdaşlığa xüsusi təkan verdiyini vurğulayıb. Eyni zamanda, səfir Aslanov Azərbaycanın Uruqvaya ən çox neft satan beş ölkədən biri olmasını deyib. Diplomat gələcəkdə ikitərəfli əməkdaşlığın daha da genişləndiriləcəyinə inamını ifadə edib.

Azvision.az


Teqlər: Uruquvay  





Xəbər lenti