Erməni əsilli idmançılar: “Bakı gözəl şəhərdir, təhlükəsizdir” - VİDEO

   Erməni əsilli idmançılar:    “Bakı gözəl şəhərdir, təhlükəsizdir” -  VİDEO
  24 May 2019    Oxunub:12364
Mayın 24-də Bakıda Milli Gimnastika Arenasında start götürən aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının iştirakçıları arasında Rusiyanı təmsil edən erməni əsilli Qarsevan Canasyan və Duxik Canasyan da var.
Azvision.az xəbər verir ki, bacı-qardaş olan gimnastlar Bakıda jurnalistlərə açıqlamalarında ölkəmizdə heç bir təzyiqlə üzləşmədiklərini bildiriblər.

Bakıda tam təhlükəsiz olduqlarını vurğulayan Qarsevan Canasyan deyib: “Hər şey çox yaxşıdır, təhlükəsizdir. Burada hər şey bizi qane edir və heç bir təzyiq yoxdur. Bakı çox gözəl şəhərdir, insanlar çox ünsiyyətcil və həyatsevərdirlər”.



Duxik Canasyan isə çempionatın yüksək səviyyədə təşkil olunduğunu qeyd edib: “Həm yarış üçün yaradılan şərait, həm də təhlükəsizlik baxımından təşkilatçılıq əladır. İdman və məşq zalları mükəmməldir. Burada əsl idman əhval ruhiyyəsi var. Yerli əhali çox mehribandır, müraciət edəndə hamı kömək etməyə çalışır”.

Xatırladaq ki, üç gün davam edəcək çempionatda 22 ölkədən 400-ə yaxın böyük və gənc gimnast fərdi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aerodans, aerostep (yalnız böyüklər) proqramında yarışacaq.

Azvision.az



Teqlər: Gimnast   Erməni   Bakı   İdman  





Xəbər lenti