Hökməliyə gedən yol bağlanacaq

Hökməliyə gedən yol bağlanacaq
  24 May 2019    Oxunub:2509
M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-də (Hökməlin dairəsinin yanı) yerüstü piyada keçidinin tikintisi işləri həyata keçirilir. Piyada keçidinin tikintisini tamamlamaq üçün metal aşırım hissəsinin quraşdırılması tələb olunur.
Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, bu səbəbdən də magistralın sözügedən hissəsində 26 may tarixində səhər saat 05:00 dan 09:00-a kimi hərəkət məhdudlaşdırılacaq.

"Alternativ olaraq sürücülər şəhər mərkəzinə Hökməli qəsəbəsinin daxili yolundan və Bakı-Sumqayıt şosesindən istifadə edərək gələ bilərlər. Qısa müddətlik yarana biləcək narahatlığa görə üzr istəyirik və sürücülərdən göstərilən saatlarda alternativ yollardan istifadə etmələrini xahiş edirik"-deyə məlumata bildirilib.

Azvision.az



Teqlər: Yol  





Xəbər lenti