Bakı-Şamaxı yolunda hərəkət məhdudlaşdırılır

Bakı-Şamaxı yolunda hərəkət məhdudlaşdırılır
  24 May 2019    Oxunub:1377
M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-də (Hökməlin dairəsinin yanı) yerüstü piyada keçidinin tikintisi işləri həyata keçirilir. Piyada keçidinin tikintisini tamamlamaq üçün metal aşırım hissəsinin quraşdırılması tələb olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AzVision.az -a verilən məlumata görə, bu səbəbdən də magistralın sözügedən hissəsində 26 may tarixində səhər saat 05:00-dan 09:00-a kimi hərəkət məhdudlaşdırılacaq.

Alternativ olaraq sürücülər şəhər mərkəzinə Hökməli qəsəbəsinin daxili yolundan və Bakı-Sumqayıt şosesindən istifadə edərək gələ bilərlər. Sürücülərdən göstərilən saatlarda alternativ yollardan istifadə etmələrini xahiş edilir.

AzVision.az


Teqlər: AAYDA   Yol   Təmir  





Xəbər lenti