Bir gündə 15 yaşlı 4 hamilə qız xəstəxanaya gətirilib? - DİN açıqladı

Bir gündə 15 yaşlı 4 hamilə qız xəstəxanaya gətirilib? -   DİN açıqladı
  24 May 2019    Oxunub:6032
"Ağstafa rayonunda 15 yaşlı 4 hamilə qızın xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbər dezinfarmasiyadır, heç bir əsası yoxdur"

Bunu Azvision.az -a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib.
DİN rəsmisinin sözlərinə görə, burada söhbət 18 yaşlı və daha yuxarı yaşlı hamiləlik dövrü keçirən qadınların xəstəxanaya müraciətindən gedir.

“Bəzi KİV və həmkarlar zəruri dəqiqləşdirmə aparmadan, ucuz reytinq xətrinə yersiz hay-küy dalınca qaçmasaydılar, məsələnin mahiyyətini öyrənməyə çalışsaydılar, belə hal yaranmazdı. Bəziləri bunu təxtribat xarakterli dezinformasiya formasında təqdim edirlər ki, əslində bunun özü də yolverilməzdir. Söhbət qeyd edildiyi kimi heç də 14-15 yaşlı qızların deyil, hazırda ailə həyatı qurmuş, hamiləlik dövrü keçirən qadınların rayon xəstəxanasına müraciətindən gedə bilər”.

Aytən Zəhra
Azvision.az




Teqlər: DİN   Ağstafa  





Xəbər lenti