UEFA "Arsenal"a xəbərdarlıq etdi - Bakı finalına görə

   UEFA "Arsenal"a xəbərdarlıq etdi -    Bakı finalına görə
  24 May 2019    Oxunub:7153
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) mayın 29-da Bakıda keçiriləcək final oyunu ilə əlaqədar "Arsenal" klubuna xəbərdarlıq edib.

Azvision.az xəbər verir ki, bu barədə “The Mirror” nəşri məlumat yayıb.
Bildirilib ki, xəbərdarlığa əsasən, "Arsenal"ın tərəfdarları Bakıda UEFA-ya qarşı aksiya keçirsələr, London klubu mənfi reaksiya ilə qarşılaşacaq.

Nəşrin yazdığına görə, qitə futbol qurumu londonlu fanatların Henrix Mxitaryana görə etiraz edəcəyindən və UEFA əleyhinə bannerlər açacaqlarından ehtiyat edir.

Qeyd edək ki, erməni futbolçu H. Mxitaryan Azərbaycanın təhlükəsizlik zəmanəti verməsinə baxmayaraq, Bakıya gəlməkdən imtina edib.

Azvision.az



Teqlər: UEFA   Arsenal  





Xəbər lenti