Deputat radikal müxalifətə səsləndi: “Vicdan hissini itirməyin”

 Deputat radikal müxalifətə səsləndi:    “Vicdan hissini itirməyin”
  24 May 2019    Oxunub:1998
"Xaricdə yaşayan bəzi mühacir azərbaycanlıların davranşıları çoxlu suallar doğurur. Onlar bəzən həddindən artıq radikal mövqe seçir. Və heç bir halda, özlərini müxalifət kimi aparmırlar"
Azvision.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov bildirib. Onun sözlərinə görə, özünü müxalifətçi kimi təqdim edib söyüş söymək, insanları təhqir etmək şərəf və ləyaqətini təhqir etmək yolverilməzdir. Bu cür davranışlar milli mentalitetmizə də ziddir.

"Xaricdəki radikal mövqedə dayanan bəzi azərbaycanlıların davranışında obyektivliyə yaxın mövqe yaranması diqqətdən yayınmır. Amma istərdik ki, bu, küll halında olsun, manevr xarakteri daşımasın, onların da Vətəni olan Azərbaycana sevgilərini, diqqətlərini ifadə edən mövqe olsun. Bir çox hallarda görürük ki, onların davranışları ermənilərin dəyirmənına su tökmək anlamı verir. Bir çox hallarda ermənilərdən daha çox erməni olmaq tendensiyasi müşahidə olunur ki, bu da qəbuledilməzdir. Amma bir daha vurğulayıram ki, müəyyən pozitiv davranışlar var. Çox istəyərdik ki, bu tendensiya olaraq qalmasın".

Deputat radikal müxalifətə çağırış edib: "Biz onları ağıla, sağlam məntiqə dəvət edirik. Arzu edirik ki, onlar bir gün papaqlarını qarşılarına qoyub düşünəcəklər ki, qərib ölkədə vətən həsrəti, vətən sevgisi daha böyük olur. Azərbaycan həm də onların Vətənidir. Müxalifət kimi mövcud olub iqtidarı tənqid etmək olar. Amma heç zaman Azərbaycan dövlətinə və xalqına qarşı yalanlar söyləmək olmaz. Xaricdə və ölkə daxilində radikal mövqe tutanlar kiminsə əlində alət olduqları üçün istifadə olunub atılacaqlar. İnsan vicdan və insaf hissini itirməməlidir. Onlara müraciətlə deyirəm ki, ağıla üstünlük verin, vicdan hissini itirməyin. Müqayisələr apararaq görün ki, Azərbaycan vətəndaş müharibəsindən vətəndaş həmrəyliyinə və səfərbər olmuş cəmiyyətə gəlmiş bir dövlətdir. Bu adamlar milli təəssübkeşliyi heç zaman unutmamalıdırlar".

. Azvision.az


Teqlər: Elman-Nəsirov  





Xəbər lenti