Keçmiş məhkumdan çətənə kolları götürülüb

Keçmiş məhkumdan çətənə kolları götürülüb
  23 May 2019    Oxunub:1242
Tərtər rayonunda keçmiş məhkumdan çətənə kolları götürülüb.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Sarıcalı kənd sakini Eldar Əliyevin həyətyanı sahəsinə baxış keçirilən zaman yetişdirdiyi 9 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb.

E.Əliyev əvvəllər də məhkumluq həyatı yaşayıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti