Hər 3 qadından biri zorakılığa məruz qalır

 Hər 3 qadından biri zorakılığa məruz qalır
  23 May 2019    Oxunub:3105
Dünyada hər 3 qadından biri zorakılığa məruz qalır. Bu isə dünya üzrə 1 milyon qadın deməkdir.
Azvision.az xəbər verir ki, bu brədə BMT-nin Rezident Əlaqələndirici Qulam İshaqzai "Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri " adlı tədbirdə deyib. Onun sözlərinə görə, Azərbaycan daxil olmaqla dünyanın bir çox ölkələrində qadınlar zorakılığa məruz qalır:

“Biz qadın zorakılığının əsas səbəblərini araşdırmağa çalışırıq. İnsanlar özlərini təhlükəsiz hiss etdikdə onların sosial fəaliyyətləri daha da artır. Əksinə daim təhlükədə və zorakılıq riski ilə qarşı-qarşıya qaldıqda isə bu, təbii olaraq bütün ölkələrin iqtisadi durumunu zərbə altında qoyur. Bizim məqsədimiz bütün qadın və qızların özlərini təhlükəsiz sosial mühitdə hiss etməsini təşlik etməkdir”.



Qulam İshaqzai ölkələrin gender əsaslı zorakılıqla mübarizədə ədaləti bərqərar etmək niyyəti ilə inzibati və cinayət cəzaları tətbiq etdiklərini bildirib. “Təqdirə layiqdir ki, Azərbaycan 2010-cu ildə Məişət zorakılığının qarşısının alınması haqqında qanunu qəbul edərək, qadınlara qarşı zorakılığın dövlətin müdaxiləsini zəruri edən insan hüquqlarının pozuntusu olması ismarıcını verdi. Bu gün Azərbaycan hökumətinin sözügedən qanun qəbul olunduqdan sonra əldə etdiyi irəliləyişləri şərh etməkdən məmnunam. Ədalətin təmin edilməsi və zərərçəkmiş şəxslərin qorunması və onların dəstək xidmətləri ilə təmin edilməsi üçün əlverişli mühitin yaradılması naminə bir sıra hüquqi və normativ sənədlərə düzəlişlər edilmişdi. Buna baxmayaraq, çətinliklər hələ də mövcuddur. 2008-ci ildə Azərbaycanda keçirilən gender əsaslı zorakılıq üzrə ilk tədqiqatın nəticələrinə əsasən, qadınların 15%-i həyatlarının müəyyən məqamlarında cinsi partnyorun fiziki zorakılığına məruz qalır. 2016-cı ildə “Kişilərin gender bərabərliyinə münasibətinə dair tədqiqat” göstərir ki, bu rəqəmlərdə artım müşahidə edilir və kişilərin 32.5%-nin zorakılıq törətməsi, qadınların isə 32.1%-nin zorakılığa məruz qalma halları haqqında məlumat var. İlk baxışda bu rəqəmlər zorakılığın dinamikasında olan dəyişiklikliyə dəlalət etsə də, unutmamalıyıq ki, bu rəqəmlərin nisbi artımı həm də hökumətin BMT ilə əməkdaşlıq tədbirləri daxil olmaqla əhali arasında bu fenomenin aradan qaldırılması istiqamətində apardığı maarifləndirmə tədbirləri nəticəsində zorakılıq hallarına dair məlumat vermə səviyyəsinin artmasının nəticəsi ola bilər".

Aytən Zəhra
Azvision.az



Teqlər: BMT   Qadın   Zorakılıq  





Xəbər lenti