Dövlət Komitəsi Fuad Abbasovla bağlı məlumat yaydı

  22 May 2019    Oxunub : 816
 Dövlət Komitəsi Fuad Abbasovla bağlı məlumat yaydı
Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan vətəndaşı, jurnalist Fuad Abbasovun Rusiya Federasiyasının ərazisində saxlanılması ilə bağlı məlumat yayıb.
Azvision.az xəbər verir ki, məlumatda deyilir:

"Azərbaycan vətəndaşı, jurnalist Fuad Abbasovun Rusiya Federasiyasının ərazisində saxlanılması ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinə çoxsaylı müraciətlər daxil olur. Dövlət Komitəsi bu məsələnin mövcud normalar və insan haqqlarının təmin olunması çərçivəsində tezliklə həll olunacağına ümid edir. Dövlət Komitəsi bəyan edir ki, öz imkanları çərçivəsində məsələnin müsbət həllinə yardım etməyə hazırdır. Soydaşlarımızı yaranmış vəziyyətin süni gərginləşdirilməsinə apara biləcək addımlardan çəkinməyə çağırırıq! ".

Azvision.az

Teqlər: Komitə   Fuad-Abbasov