Ombudsman nümayəndələri döyüş bölgəsində

Ombudsman nümayəndələri döyüş bölgəsində
  22 May 2019    Oxunub:1524
Azərbaycan Respublikası müdafiə nazirinin və insan hüquqları üzrə müvəkkilinin (Ombudsman) birgə təsdiq etdikləri plana əsasən, insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi ilə əlaqədar hərbi hissədə “Ombudsman təsisatı və bu təsisatın hərbi qulluqçuların hüquqlarının müdafiəsi yönümündə apardığı işlər” mövzusunda şəxsi heyətlə görüş keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, görüşdə Ombudsman Aparatının əməkdaşları Fəzail Həsənov və Elmin Cəfərov insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı mühazirələr oxuyub və şəxsi heyəti maraqlandıran sualları cavablandırıblar.

Azvision.az


Teqlər: MN  





Xəbər lenti