Avropa İttifaqından Azərbaycana məsləhət

  22 May 2019    Oxunub : 2107
 Avropa İttifaqından Azərbaycana məsləhət
"Azərbaycan Kür çayının təmizlənməsi üçün qonşu Gürcüstanla əməkdaşlıq etməlidir".

Bu barədə Azvision.az -a açıqlamasında Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Ketutis Yankauskas deyib.
Səfir hazırda Kür çayının təmizlənməsi ilə əlaqədar regional layihənin icra olunduğunu qeyd edib: "Bu gün siz burada Kür çayını təmizləsəniz də, Gürcüstan onu təmizləməsə, bunun heç bir effekti olmayacaq. Ona görə də bu istiqamətdə birgə iş görmək lazımdır. Ümumən bəzi məsələlərin həllində regional əməkdaşlıq mütləqdir".

Elvin Abdulqədirov
Azvision.az

Teqlər:   Avropa-İttifaqı