Əfsanəvi ingilis personajları Bakı küçələrində - FOTOSESSİYA

Əfsanəvi ingilis personajları Bakı küçələrində - FOTOSESSİYA
  22 May 2019    Oxunub:10213
Mayın 29-da Bakı Olimpiya Stadionunda İngiltərənin "Çelsi" və "Arsenal" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının oyunu ilə əlaqədar yerli Təşkilat Komitəsi maraqlı layihə həyata keçirir.
Azvision.az xəbər verir ki, ötən gündən başlayaraq əfsanəvi ingilis personajlar - Ceyms Bond, Böyük Britaniya kraliçası II Elizabet, onun mühafizə dəstəsi, əfsanəvi rok qrupu “Bitlz”, dünya şöhrətli komediya ustası Çarli Çaplin, “Queen” qrupunun vokalisti Freddi Merkuri, “Alisa möcüzələr diyarında” əsərinin qəhrəmanları, Harri Potter və dostları, ingilis xalqının sevimli nağıl qəhrəmanı – Robin Qud, dahi dramaturq Uilyam Şekspir, xəfiyyə Şerlok Holms və digərləri Bakının müxtəlif yerlərində musiqili parad keçirirlər.

Bugünkü parad Bakı bulvarı və Fəvvarələr Meydanında davam edib. Paradın qəhrəmanları sakinlər tərəfindən maraqla qarşılanıb, onlarla şəkillər çəkdirilib.































FOTO: Şahin Sərdarov
Azvision.az


Teqlər: Bakı   Parad  





Xəbər lenti