İsmayıllıda səyyar xidmət keçirilib

İsmayıllıda səyyar xidmət keçirilib
  21 May 2019    Oxunub:1328
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Ağsu regional miqrasiya idarəsi tərəfindən İsmayıllı rayonunda səyyar xidmət təşkil edilib.
DMX-dan Azvision.az -a verilən məlumata görə, səyyar xidmət zamanı rayonun ucqar kəndlərində yaşayan yaşlı və səhhəti ilə əlaqədar regional idarəyə gəlməkdə çətinlikləri olan 1 nəfərə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, 1 nəfərə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunması ilə bağlı sənədlərin siyahısı təqdim olunub. 1 nəfərin isə müvəqqəti yaşamaq üçün icazənin alınması məqsədilə müraciəti qəbul edilib.

Xidmət istifadəçilərini maraqlandıran suallar qanunamüvafiq qaydada cavablandırılıb.

Azvision.az



Teqlər: DMX  





Xəbər lenti