Azərbaycan ordusu atəş mövqeyinə çıxarıldı - FOTOLAR+VİDEO

  Azərbaycan ordusu atəş mövqeyinə çıxarıldı -    FOTOLAR+VİDEO
  21 May 2019    Oxunub:3037
Genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin rəhbərinin qəbul etdiyi qərara əsasən, qoşunların və idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarına yerdəyişməsi, zərbə qruplaşmalarının yaradılması və müəyyən olunmuş istiqamətlərdə tətbiqinə hazır olması, cəbhə və ordu aviasiyasının ehtiyat aerodromlarına köçürülməsi, eləcə də raket və artilleriya qoşunlarının ehtiyat atəş və start mövqelərinə çıxarılması icra olunub.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, təlimin niyyətinə uyğun olaraq əməliyyatlarda atəş dəstəyi həyata keçirəcək tank bölmələri təyin edilmiş məntəqələrə çıxarıldıqdan sonra növbəti mərhələyə hazırlıqla bağlı tapşırıqlar icra edirlər.












Azvision.az



Teqlər: MN   Təlim  





Xəbər lenti