İki gün Suraxanıda su olmayacaq

İki gün Suraxanıda su olmayacaq
  21 May 2019    Oxunub:2175
Bakının Suraxanı rayonunun bir hissəsində su olmayacaq.
“Azərsu” ASC-dən Azvision.az -a verilən məlumata görə, magistral su kəmərlərində aparılan yenidənqurma işləri ilə əlaqədar 21-22 may 2019-cu il tarixlərində Suraxanı rayonunun bir hissəsinə (Suraxanı, Hövsan, Əmircan qəsəbələrinə və Qaraçuxur qəsəbəsinin bəzi hissələrin) içməli su müəyyən fasilələrlə veriləcək.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Azvision.az


Teqlər: Su   Azərsu   Suraxanı  





Xəbər lenti