Üç ayda 1554 nəfər cəza çəkməkdən azad edilib

  20 May 2019    Oxunub : 1074
 Üç ayda 1554 nəfər cəza çəkməkdən azad edilib
İlin üç ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 25 min 635 nəfərə, o cümlədən 19 min 561 uşağın doğulmasına görə, 3683 nəfərə radiasiya qəzası nəticəsində əlilliyi olan şəxslərin müalicəsi üçün, 1554 nəfərə penitensiar müəssisələrində cəza çəkməkdən azad edilmiş şəxslərə və həyatını itirən 837 nəfərin dəfni üçün birdəfəlik müavinətlər ayrılıb.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, “Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 fevral tarixli Fərmanına əsasən Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşən və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq martın 1-dən 300 manat müəyyən edilib.

Ümumilikdə, Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almış şəxslərin sayı 62,8 min nəfərə bərabər olub.

Azvision.az

Teqlər: İlham-Əliyev