AFFA üç oyunçunu çempionatdan kənarlaşdırdı

AFFA üç oyunçunu çempionatdan kənarlaşdırdı
  20 May 2019    Oxunub:1858
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Azvision.az xəbər verir ki, toplantıda futzal üzrə yüksək liqanın “Araz” – “Xəzər Cənub” oyununda baş verən qayda pozuntularına hüquqi qiymət verilib.

Matçın 25-ci dəqiqəsində “Xəzər Cənub” komandasının 24 nömrəli oyunçusu Hamid Raşidi rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə, 1 oyun cəzalanıb. 48-ci dəqiqədə “Xəzər Cənub” komandasının 13 nömrəli oyunçusu Amid Şocayi hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı –qırmızı vərəqə aldığına üçün 1 oyun cəza alıb. Oyun başa çatdıqdan sonra baş vermiş xoşagəlməz hadisələrlə bağlı isə aşağıdakı qərarlar qəbul edilib:

“Xəzər Cənub” komandasının 12 nömərli futzalçısı Raşid Qalapur, 13 nömrəli futzalçısı Amid Şocayi, cəzalı olduğuna görə oyunu tribunadan izləyən, amma qarşılaşma başa çatdıqdan sonra meydana daxil olan İsaq Surqalı hakimə fiziki təzyiq göstərdiyinə görə, 12 ay müddətinə cəzalandırılıb. Hər 3 oyunçu göstərilən müddətdə AFFA-nın bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılıb.

Oyundan sonra hakimi təhqir etdiyinə görə “Xəzər Cənub”un 24 nömrəli futzalçısı Hamid Raşidi isə 3 oyun cəzalanıb.

Azvision.az



Teqlər: AFFA  





Xəbər lenti