Zelenski növbədənkənar seçki elan etdi

Zelenski növbədənkənar seçki elan etdi
  20 May 2019    Oxunub:3218
Bu gün andiçmə mərasimi keçirilən Ukraynanın yeni prezidenti Vladimir Zelenski Ali Radanın buraxılacağını, növbədənkənar seçkilərin keçiriləcəyini bəyan edib.

Azvision.az xəbər verir ki, Zelenski, həmçinin parlamentə müraciət edərək Baş prokuroru, müdafiə nazirini və Təhlükəsizlik Xidmətinin rəhbərini vəzifələrindən azad etməyə çağırıb.
Bundan əlavə, yeni prezident deputat toxunulmazlığının da ləğv olunacağını bildirib. "Deputatlar əməllərinə görə cavab verməlidir", - deyə o, parlamentarilərə səslənib.

Azvision.az



Teqlər: Zelenski  





Xəbər lenti