22 buynuz qişa transplantantı ölkəyə gətirilib - FOTOLAR

22 buynuz qişa transplantantı ölkəyə gətirilib -    FOTOLAR
  20 May 2019    Oxunub:4311
Üç gün MOM-un cərrahları Abdulaliyeva Fərəh, Həsənov Cəmil, Hüseynov Emil və Ağayeva Fidan tərəfindən 22 uğurlu buynuz qışanın transplantasiyası əməliyyatı keçirilib.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, ilk növbədə buynuz qişa uzun illər korluğa məruz qalan imtiyazlı xəstələrə köçürülüb. Hətta ilk dəfə regionlarda – akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialında buynuz qişanın transplantasiyası cərrahi əməliyyatı uğurla həyata keçirilib. Bütün əməliyyatlar uğurla, fəsadsız başa çatdırılıb.




Azvision.az



Teqlər: Səhiyyə   Göz  





Xəbər lenti