Güclü külək və yağışın Zaqatalaya vurduğu ziyan açıqlandı

  20 May 2019    Oxunub : 893
 Güclü külək və yağışın Zaqatalaya vurduğu ziyan açıqlandı
Ötən gün Zaqatala rayonunda müşahidə edilən güclü külək, leysan yağışları və dolu şəhər təsərrüfatına, 12 yaşayış məntəqəsinə ciddi ziyan vurub.

Bu barədə Azvision.az -a açıqlamasında Zaqatala rayon icra başçısının birinci müavini Tofiq Əhmədov məlumat verib.
O, bildirib ki, bəzi evlərin dam örtüklərinə ziyan dəyib, yaşayış evlərinə su dolub: "Sülh küçəsində şəhərin bir neçə çoxmərtəbəli yaşayış binasının dam örtükləri uçub. Çaylarda sululuq artıb. Qaz, işıq, su və yol təsərrüfatına ciddi ziyan dəyib. İşıq dirəkləri, ağaclar uçub. Bundan əlavə, bəzi idarə və müəssisələrinin sərhəd divarları dağılıb. Yağış suları bəzi vətəndaşların həyatyanı sahələrinə dolub, evlərin zirzəmisini su basıb. Avtomobillərə də ciddi ziyan dəyib".

T.Əhmədov qeyd edib ki, dünən gecədən şəhərdə Fövqaləda Hallar Komissiyası işləyir. “Hazırda rayonun aidiyyatı qurumları problemlərin aradan qaldırılması istiqamətində iş aparır. Dəymiş ziyanın məbləği ümumiləşdirilir”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Zaqatala   Külək   Yağış