Türkiyə səfirliyində gənclik və idman bayramı qeyd olunub

Türkiyə səfirliyində gənclik və idman bayramı qeyd olunub
  18 May 2019    Oxunub:2331
Mayın 18-də Türkiyənin Azərbaycandakı səfirliyində 19 may – gənclik və idman bayramı münasibətilə “Türk dünyası qardaşlığı - nəsillərdən nəsillərə” adlı tədbir keçirilib.
Azvision.az xəbər verir ki, tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral gənclik və idman bayramının tarixi əhəmiyyətindən danışıb. Səfir bildirib ki, 19 may Türkiyə Cümhuriyyətinin işğaldan azad edilməsi üçün aparılan mübarizənin başlanğıcı və Mustafa Kamal Atatürkün anadan olduğu gündür. Birinci Dünya müharibəsinin başa çatmasından sonra müttəfiq ölkələr Türkiyəyə qarşı işğal siyasəti həyata keçirirdilər. Mustafa Kamal Atatürk bu işğalın qarşısını aldı. Bu gün bu əlamətdar günün 100 illiyinin qeyd edildiyini deyən səfir may ayının türk dünyası üçün əlamətdar ay olduğunu, bu ayda ulu öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin anadan olduqlarını bildirib.

Erkan Özoral tədbirin keçirilməsində göstərdikləri dəstəyə görə Azərbaycan Rəssamlar İttifaqının üzvləri Aygün İsgəndərovaya və Elnurə İsgəndərovaya minnətdarlıq edib.

Rəssamlar İttifaqının üzvləri 19 may gənclik və idman bayramı çərçivəsində gənc rəssamların əsərlərinin nümayiş etdirilməsini bu tarixin əbədiləşdirilməsi kimi dəyərləndiriblər.

Sonda gənc rəssamlara diplom və mükafatlar təqdim olunub.

Azvision.az



Teqlər: Bayram   Səfirlik  





Xəbər lenti