Köməksiz qalan 4 nəfər xilas edildi

Köməksiz qalan 4 nəfər xilas edildi
  18 May 2019    Oxunub:1337
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi və Xətai rayonlarında ayrı-ayrı ünvanlarda ikisi azyaşlı olmaqla 4 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

Azvision.az


Teqlər: FHN   Xilasetmə  





Xəbər lenti