Bakıda 26 dərəcə isti olacaq

  18 May 2019    Oxunub : 897
Bakıda 26 dərəcə isti olacaq
Bu gün Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 24-28, Bakıda gecə 16-18, gündüz 24-26 dərəcə isti təşkil edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 18-19-da Abşeron yarımadasında komfort temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Azvision.az

Teqlər: Hava   ETSN