İspaniyada iftar süfrəsi təşkil edilib

İspaniyada iftar süfrəsi təşkil edilib
  18 May 2019    Oxunub:1700
İspaniyanın Madrid şəhərində Azərbaycan icmasının tanınmış üzvü Əli Evsen tərəfindən iftar süfrəsi təşkil edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, iftar süfrəsində İspaniya Konstitusiya Məhkəməsinin sədri Xuan Xose Gonzalez Rivas, Kralın Protokol Xidmətinin rəhbəri Alfredo Martinez Serrano, Madrid Kardinalı Karlos Osoro Sierra, sabiq Daxili İşlər naziri Xorxe Fernandez Diaz, Dini Hərbi Tribunal rəhbəri Xuan del Rio, İspaniya Müsəlman İcmasının rəhbəri Riay Tatari, Ortodoks Kilsəsinin nümayəndəsi Metropolit Polikarpo, Baş Prokuror Javier Zaragosa, "La Razon" qəzetinin rəhbəri Fransisko Maruhen¬da, Türk-İspan Ticarət Palatasının nümayəndəsi Yasemin Korukçu, Türk Hava Yollarının İspaniya nümayəndəliyinin rəhbəri Nüman Çizmeçioğlu, Ali Məhkəmənin hakimi Xavyer Borrego, İspaniya və Türk televiziyalarının çəkiliş qrupları, diplomatik korpus nümayəndələri, iş adamları, tanınmış ictimai-siyasi xadimlər iştirak ediblər.

Ümumilikdə 200 nəfərdən çox tanınmış şəxsin iştirak etdiyi iftar süfrəsində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov qonaqları salamlayaraq, Azərbaycan haqqında ümumi məlumat verib, tədbirin İspaniya-Azərbaycan dostluğunun bir nümunəsi olduğunu qeyd edib və qonaqlara Azərbaycan həqiqətləri barədə danışıb.


Azvision.az



Teqlər: İspaniya   İftar  





Xəbər lenti