Qazaxda maşın, Bərdədə ev yanıb

  18 May 2019    Oxunub : 916
Qazaxda maşın, Bərdədə ev yanıb
Bərdədə yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, rayonun Şatırlı kəndində ümumi sahəsi 35 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qazax rayonu, Kəmərli kəndində ”QAZ" minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı elektrik dirəyi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın