İki rayonun icra başçısı dəyişdirildi - Yenilənib

 İki rayonun icra başçısı dəyişdirildi - Yenilənib
  17 May 2019    Oxunub:7537
Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən, Siraqəddin Nəcəf oğlu Cabbarov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Dövlət başçısnın digər sərəncamı ilə Nazim Mehdi oğlu İsmayılov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən kənarlaşdırılıb.

Prezident İlham Əliyevin növbəti sərəncamı ilə Siraqəddin Nəcəf oğlu Cabbarov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı, Nazim Mehdi oğlu İsmayılov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident   Sərəncam  





Xəbər lenti