Prezident tapşırıq verdi: Bütün sənədsiz evlər rəsmiləşdiriləcək - VİDEO

 Prezident tapşırıq verdi:  Bütün sənədsiz evlər rəsmiləşdiriləcək -  VİDEO
  17 May 2019    Oxunub:29184
"3-4 gün əvvəl cənab Prezident məni şəxsən çağırdı və tapşırdı ki, bütün təsərrüfat rəhbərləri ilə birlikdə insanların problemlərini dinləyək".
Azvision.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov Binəqədi rayonunda sakinlərlə görüşü zamanı deyib.

Onun sözlərinə görə, yaxın günlərdə sənədsiz ev məsələsi həll olunacaq: "Sənədsiz evlər məsələsi bir problemdir. 10 il, 20 il, 30 il yaşadığı evi rəsmiləşdirə bilməyən sakinlər var. Bununla bağlı xüsusi komissiya yaradılıb. Cənab Prezdentin tapşırığı ilə sənəd hazırlanır. Bu məsələ nəinki Bakıda, ölkə üzrə öz həllini tapacaq".



Azvision.az



Teqlər: BŞİH   Eldar-Əzizov  





Xəbər lenti