HHQ-nin hissə və bölmələri peşəkarlığını artırır - VİDEO

HHQ-nin hissə və bölmələri peşəkarlığını artırır -    VİDEO
  16 May 2019    Oxunub:2989
2019-cu ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) hissə və bölmələri arasında “Ən yaxşı heyət” və “Ən yaxşı kiçik mütəxəssis” adı uğrunda yarışlar keçirilib.
Azvision.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, qoşunların silahlanmasında olan müxtəlif döyüş texnikasının heyət və ekipajlarının cəlb olunduğu yarışlarda şəxsi heyətin döyüş tapşırıqlarını yerinə yetirməsi üzrə nəzəri bilikləri, praktiki vərdişləri və fiziki hazırlıqları yoxlanılıb.

Sonda normativləri yüksək səviyyədə yerinə yetirən heyətlər komandanlıq tərəfindən mükafatlandırılıb.



Azvision.az



Teqlər: HHQ   Müdafiə-Nazirliyi  





Xəbər lenti