Azərbaycanla İran arasında İKT üzrə iclas başa çatıb

  16 May 2019    Oxunub : 611
Azərbaycanla İran arasında İKT üzrə iclas başa çatıb
Azərbaycanla İran arasında İKT üzrə işçi qrupunun iclası başa çatıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Azvision.az - a verilən məlumata görə, Bakıda işə başlayan ikigünlük iclasa Azərbaycan tərəfindən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, İran tərəfindən rabitə və informasiya texnologiyaları nazirinin müavini, Rabitə Tənzimləmə Qurumunun prezidenti Hüseyn Fallah Çoşaqani rəhbərlik edib.

İclas çərçivəsində iki ölkə arasında radio-televiziya yayımı, radiotezliklərin idarə olunması, rabitə infrastrukturu, poçt xidmətləri, startaplar, peyk xidmətləri və elektron təhlükəsizlik sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.

Sonda müzakirə olunan məsələlərin yekunlarına dair Protokol imzalanıb.

Qeyd edək ki, iki ölkənin nazirlərinin 2016-cı ilin oktyabr ayında Tehran şəhərində keçirilmiş görüşü zamanı Azərbaycanla İran arasında İKT üzrə işçi qrupunun yaradılması barədə qərar verilib. İşçi qrupunun birinci iclası 2017-ci ilin yanvar ayında Tehran şəhərində baş tutub.

Azvision.az

Teqlər: