Arzu Rəhimov Qubada qəbul keçirib

  16 May 2019    Oxunub : 856
Arzu Rəhimov Qubada qəbul keçirib
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov mayın 16-da Qubada Qusar və Quba rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirib.
Xidmətdən Azvision.az -a verilən məlumata görə, qəbuldan əvvəl Xidmət rəisi, general-leytenant Arzu RəhimovQuba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar. Qəbul zamanı hər bir vətəndaşın müraciət və təklifi diqqətlə dinlənilib.

Xidmət rəisi tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, araşdırılmasına ehtiyac olan məsələlər qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsi üçün qeydiyyata alınıb.

Elə həmin gün Xidmət rəisinin müavinləri, general-mayor Mayıl Şahverdiyev Xaçmazda ŞabranXaçmaz, general-mayor Yusif Mirzəyev SiyəzənXızıSiyəzən rayonlarından olan vətəndaşları qəbul edib.

Xidmət rəhbərliyinin keçirdiyi qəbullarda 38 vətəndaşın müraciəti dinlənilib.Müraciətlər əsasən həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi, veteran adının və vəsiqəsinin verilməsi, eləcə də digər məsələlərlə bağlı olub.

Bəzi vətəndaşlar tərəfindən qaldırılan və Xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.

Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün daha rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Azvision.az

Teqlər: Nazir   Qəbul