Trampın köməkçisi Qriqoryanla Qarabağı müzakirə edib

 Trampın köməkçisi Qriqoryanla Qarabağı müzakirə edib
  16 May 2019    Oxunub:3258
ABŞ-da səfərdə olan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu ölkənin prezidenti Donald Trampın köməkçisi, Milli Təhlükəsizlik Şurasının baş direktoru, Rusiya məsələləri və Avrasiya Şurasının milli təhlükəsizliyi üzrə direktoru Fiona Hilla görüşüb.
Azvision.az “Aysor”a istinadən xəbər verir ki, məlumatı Ermənistanın Təhlükəsizlik Şurası yayıb.

Vaşinqtonda keçirilən görüşdə A. Qriqoryan ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində mühüm rolunu qeyd edib.

Öz növbəsində F. Hill Ermənistan-Amerika münasibətlərinin müxtəlif səviyyələrdə genişləndirilməsinin vacibliyini vurğulayıb. Tərəflər münaqişənin dinc yolla həllinin vacibliyini dilə gətiriblər.

Azvision.az


Teqlər: ABŞ   Qarabağ  





Xəbər lenti