“Emin 444”ün qətlinə görə tutulan çempionla bağlı AÇIQLAMA

  “Emin 444”ün qətlinə görə tutulan çempionla bağlı    AÇIQLAMA
  16 May 2019    Oxunub:12217
Azərbaycan Kikboksinq Federasiyası “Emin 444" ləqəbi ilə tanınmış Masallı sakini, 1988-ci il təvəllüdlü Emin Ehtiram oğlu Səfərovun qətlində adı sifarişçi kimi keçən kikboks üzrə dünya çempionu Zaur Yusifovun həbsinə münasibət bildirib.
Federasiyadan Azvision.az -a verilən məlumata görə, Zaur Yusifov uzun illərdir idmandan uzaqlaşıb.

“Zaur Yusifov adlı idmançımız olub. Təxminən 10 il bundan qabaq idmandan uzaqlaşıb, federasiya ilə heç bir əlaqəsi yoxdur. Fəaliyyətdə olduğu müddətdə hansısa xoşagəlməz hərəkətlərini görməmişik. İdmançılar çox vaxt sonradan bizneslə məşğul olurlar. Biz kiməsə nəyisə qadağan edə bilmərik. Onun idmandan ayrılandan sonra hansı işlə məşğul olması haqda məlumatımız yoxdur. Burada Zaur kimi o qədər idmançılar olub ki?! Biz onların hamısına cavabdeh ola bilmərik” , - deyə federasiyadan bildirilib.

Qeyd edək ki, mayın 10-da Binəqədi rayonunda törədilən qətldə adı hallanan dünya çempionu Zaur Yusifov iki gün əvvəl həbs olunub. O, Emin Səfərovun qətlinin sifarişçisi hesab edilir. Hazırda hüquq-mühafizə orqanlarında faktla bağlı araşdırma aparılır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Qətl   Dünya-Çempionu  





Xəbər lenti