Bakıda Maliyyə və Texnologiyalar Sammiti keçirilir - FOTOLAR

Bakıda Maliyyə və Texnologiyalar Sammiti keçirilir -    FOTOLAR
  16 May 2019    Oxunub:2704
Bu gün Bakıda Maliyyə Bazarlarına Nəzarət Palatasının təşkilatçılığı ilə "Maliyyə və rəqəmsal texnologiyalar həftəsi çərçivəsində "Fintex Sammit - Maliyyə və Texnologiyalar Sammiti" keçirilir.
Azvision.az xəbər verir ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ölkədə informasiya texnologiyaları sahəsində görülən işlərdən, əldə olunan nailiyyətlərdən danışıb.



Nazir bildirib ki, son dövrlər informasiya texnologiyaları sektorunda yeni inkişaf trendləri meydana gəlib. "Dünyada blokçeyn qlobal fenomenə çevrilib. Hazırda blokçeyn texnologiyalarının istifadəsi IT proqramları sahəsində, eləcə də digər sektorlarda daha geniş yayılır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu sahədə maraqlıdır. Müasir texnologiyaların inkişafında startaplar mühüm rol oynayır. Nazirlik startapların inkişaf etdirilməsində öz köməyini göstərir".



Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev bildirib ki, müasir dövrdə texnologiyaların inkişafı iqtisadiyyatın bütün sahələrində olduğu kimi maliyyə sektoruna da öz təsirini göstərir. "Dəyər zənciri daha da mürəkkəbləşir, sektora yeni iştirakçılar daxil olur, nəticədə bank olmayan provayderlərin iştirakı sürətlə artır.
Maliyyə texnologiyaları üzrə innovativ həllərin tətbiqinin genişlənməsi dünya miqyasında fintexlərə olan marağı durmadan artırmaqdadır .Qlobal səviyyədə bu gün maliyyə təşkilatlarının 80 faizi fintexlərlə əməkdaşlıq edir. Əgər dünyada 2011-ci ildə fintexlərə investiyaların həcmi 1.8 milyard dollar idisə, 2018-ci ilin sonuna bu rəqəm 30,8 milyard dollar səviyyəsindədir. Yaxın gələcəkdə fintexlərin effektivliyi, səmərəlilik göstəricisi artıqca investisiyalar da artacaq".





Aytən Zəhra
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: Sammit  





Xəbər lenti